Elmi mövzunun tədqiqatında məsul icraçının rəhbərliyi altında mövzunun müəyyən bir bölməsi (mərhələsi, tapşırığı) üzrə təsdiq olunmuş metodikaya uyğun olaraq elmi tədqiqat və təşkilat işlərini aparır.
Təcrübələrin yerinə yetirilməsində iştirak edir, müşahidə və ölçülər aparır, onların təsvirini verir və nəticələrini formalaşdırır.
Elmi texniki informasiyanı, tədqiqatın mövzusu üzrə ölkədaxili və xarici təcrübəni öyrənir.
Mövzu, yaxud onun bölməsi (mərhələsi, tapşırığı) üzrə hesabat (hesabatın bölməsini) tərtib edir.
Tədqiqat və araşdırmaların nəticələrinin istehsalata tətbiqində iştirak edir.